Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şagirdlərin dərs vaxtı mobil və elektron cihazlardan istifadə etməsi qadağan edildi

Təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağan olunub.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.

Qərara əsasən, təhsilalanlar müəssisənin ərazisində mobil və elektron cihazlardan yalnız zəruri hallarda (təbii fəlakət və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və s.) informasiya mübadiləsi üçün istifadə edə bilərlər.

Qeyd edək ki, qərarın icrasına nəzarət nazir müavini Həsən Həsənliyə tapşırılıb.