Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Sadəcə “başladı” dediyini eşitdim" - Zelenskinin xanımı müharibənin necə başladığından danışıb



Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Olena Zelenski “Vague” dərgisinə verdiyi müsahibədə müharibənin necə başladığını danışıb.

Onun sözlərinə görə, şəhərə düşən ilk mərmi partlayışından heç nə anlamayıb: “Gözlərimi açanda Zelenski artıq ayaq üstə idi. Sadəcə “başladı” dediyini eşitdim. Ondan sonrası dəhşətli xaos idi. Təşviş olmasa da, qarmaqarışlıq yaşanırdı. Zelenski mənə bəzi sənədləri təcili hazırlamağımı söylədi. Bu onu son dəfə rəsmi geyimdə görməyim oldu”, - deyə Olena bildirib.

Birinci xanımın sözlərinə görə, bundan sonra həyat yoldaşı ilə yalnız telefon vasitəsi ilə əlaqə saxlaya bilib. O, Zelenskinin taleyindən narahat olduğunu da gizlətməyib.

Bununla bərabər, Ukraynanın bu dəhşətli savaşdan qalib çıxacağına əmin olduğunu bildirib: “Müharibə bütün Ukraynalıları dərhal birləşdirdi. Bu Rusiyanın, Putinin ən böyük səhvi idi. Bundan sonra dünyanın heç bir gücü bu birliyi poza bilməyəcək. Bizim artıq heç bir təbliğata ehtiyacımız yoxdur. Hər kəs öz vəzifəsini yaxşı anlayır”, - deyə birinci xanım bildirib. (APA)