Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Sabah" klubu cərimələnib, baş məşqçiyə xəbərdarlıq olunub

AFFA İntizam Komitəsi "Sabah" klubunu 1 6000 manat cərimələyib.

Buna səfərdə "Keşlə"yə qarşı Premyer Liqanın VI tur matçında (0:2) paytaxt təmsilçisinin bəzi rəsmi şəxslərinin “A” buraxılış vərəqəsindən istifadə etməməsi və 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.

Bundan başqa, qonaqların baş məşqçisi Ramin Quliyev mətbuat konfransında hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilib.

“Zirə” – “Sumqayıt” oyununda (1:0) isə meydança vaxtında sulanmadığı üçün "qartallar" 800 manat ziyana düşüb.