Logo
news content
User
Kateqoriyalar

Xəbər

Saakaşvilinin partiyası parlamenti tərk etdi: Fövqəladə vəziyyətə keçir

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyası ölkə parlamentindən çıxdığını elan edib.

Bu barədə partiyanın nümayəndələri feysbukda məlumat veriblər.

Partiya nümayəndələri onu da bildiriblər ki, həmin gündən etibarən “heç kim dincəlməyəcək”. Partiya “fövqəladə vəziyyətə keçir və paytaxt etirazın mərkəzinə çevriləcək”.

Qeyd edək ki, fevralın 6-da məhkəmə keçmiş Prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı möhlət və azadlığa buraxılmasını rədd edib. Saakaşvili bu qərarı “ölüm hökmü” adlandırıb.