Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Saakaşvilini bizim klinikadan çıxarın!" - Həkimlər müraciət ünvanladılar

Tiflisdə yerləşən və hazırda Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin müalicə olunduğu klinika Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb.

Həkimlər siyasətçinin tibb müəssisəsindən xaric edilməsi imkanını nəzərdən keçirməyi xahiş ediblər.

Rəhbərliyin fikrincə, Saakaşvilinin klinikada olması onların reputasiyasına zərbə vurur. Belə ki, çoxları həkimlərin sadəcə olaraq ölkənin eks-prezidentini müalicə etmək istəmədiklərini deyir. Bundan başqa, siyasətçinin özü də klinikanın tibb işçilərinə etibar etmir və müalicə rejimindən imtina edir.

Qeyd edək ki, metal zəhərlənməsi səbəbindən Saakaşvilinin vəziyyəti ağır olaraq qalır.