Logo
news content
User
Kateqoriyalar

Xəbər

Saakaşvilini azadlığa buraxmadılar

Tbilisi şəhər məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müdafiəçilərinin səhhətinə görə həbsdən azad edilməsi tələbini rədd edib.

İclasda müvafiq qərarı hakim Giorgi Arevadze elan edib.

“Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin cəzanın icrasından azad edilməsi və ya hökmün təxirə salınması barədə vəsatətinin təmin edilməməsi qərar alınıb”, - Arevadze bildirib.

Fevralın 6-da Tiflis Şəhər Məhkəməsində iclas keçirilib və orada tərəflər yekun çıxışlarını ediblər.

Məhkəmədən sonra Saakaşvilinin azadlığa buraxılması ilə bağlı işin iki-üç gün ərzində Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndəriləcəyi bildirilib. Bu barədə siyasətçinin vəkili Şalva Xaçapuridze məlumat verib.

“Əlbəttə, biz Saakaşvilini səhhətinə görə həbsdən azad etməkdən imtina edən Tiflis Şəhər Məhkəməsinin qərarından yalnız Apellyasiya Məhkəməsinə şikayət edəcəyik ki, mərhələlər tez və iki-üç günə tamamlansın. Reqlamentin 39-cu bəndinə uyğun olaraq iş Strasburq məhkəməsinə göndəriləcək”, - Xaçapuridze bildirib.