Logo
news content
User
Kateqoriyalar

Xəbər

Saakaşvilidən “Vaqner”in hərbi qiyamına münasibət

"Dünənki hadisələr Rusiya Prezidenti Vladimir Putini xeyli zəiflədib".

Pressklub.az xəbər verir ki, bunu həbsdə olan Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili tviterdə “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamına münasibət bildirərkən yazıb.

Sabiq dövlət başçısı qeyd edib ki, bu addım Ukraynanın qələbəsini daha da yaxınlaşdırıb.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y.Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Daha sonra Priqojinlə Belarus Prezidenti Aleksanr Lukaşenko arasında telefon danışığı olub və “Vaqner” rəhbəri geri çəkildiyini bildirib.