Saakaşvili: "Heç kim mənim qədər yaşamaq istəmir, amma məni öldürürlər..."
23 Fevral 2023
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili fevralın 22-də "Vivamedi" klinikasında keçirilən mətbuat konfransını şərh edib.
“Exo Kafkaza” yazır ki, Saakaşvilinin sözlərinə görə, tibb müəssisəsinin rəhbərliyinin və həkimlərin bütün dediklərindən yalnız biri həqiqətdir - onun vəziyyəti sürətlə pisləşir. Eks-prezidentin sözlərinə görə, digər bəyanatlar yalandır.
“Vivamedi" klinikasının həkimlərinin mətbuat konfransında yeganə həqiqət o idi ki, mənim vəziyyətim ağırdır və sürətlə pisləşir və klinikanın praktiki olaraq edə biləcəyi heç nə yoxdur. Qalan hər şey yalan idi. Bu klinika mənim əsas xəstəliklərimi müalicə etməkdən imtina etdi”, - Saakaşvili sosial şəbəkədə yazıb.
Gürcüstanın eks-prezidenti deyib: “Heç kim mənim qədər yaşamaq istəmir! Ukraynanın qələbəsinin şahidi olmaq istəyirəm... Büdcədən bir tetri də götürməmişəm. Mənim hardasa pulum olsaydı, vəkillərin qonorarını ödəmək üçün sonuncu torpaq sahəsini satmazdım. Yalnız bir həqiqət var, bütün bunlar Mariya Zaxarovanın bəyanatı kontekstindədir”.
Saakaşvili yazıb: “Məni ləğv etmək üçün xüsusi əməliyyatın son mərhələsindəyik və bu prosesə “parlamentarilər”, “jurnalistlər”, indi bu klinika cəlb olunub. Mən Gürcüstana və dünyaya səslənirəm: bu cinayətkar korporasiyanın öz bəd niyyətlərini həyata keçirməsinə imkan verməyin”.
Bu günərdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan etmişdi ki, “Saakaşvili Qərbdə xatırlanmaq üçün pul ödəyir”. Onun sözlərinə görə, gürcü jurnalistlər “Mishikonun dosyesini öyrənməyə başlayıblar” və müəyyən ediblər ki, Saakaşvili “Tiflisdən xilas olnmaq, "minnətdar" soydaşlarının ədalət məhkəməsindən qaçmaq üçün artıq bir milyon dollara yaxın pul xərcləyib”.