Logo
news content
User
Kateqoriyalar

Xəbər

Saakaşvili Gürcüstan prezidentinə müraciət etdi: "Sizi dəstəkləyirəm"

Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili hazırkı prezident Salome Zurabişviliyə müraciət edərək onun son bəyanatlarını dəstəklədiyini bildirib.

Pressklub.az Gürcüstan mətbuatına istinalda xəbər verir ki, Saakaşvilinin Facebook səhifəsində dərc olunan bəyanatda deyilir: “Mən prezident Zurabişvilinin son günlər verdiyi bəyanatları və onun azadlıq uğrunda mübarizəyə çağırışını dəstəkləyirəm. Fikrimcə, bütün siyasi qruplar Rusiya çevrilişinə qarşı birləşməli, həmçinin prezidentlə fasiləsiz məsləhətləşmələr aparmalıdır”.

Saakaşvili gürcü siyasətçilərinə müraciət edərək deyib ki, “indi narazılıqları xatırlamaq vaxtı deyil”. O, həmçinin Zurabişvilini statusundan istifadə etməyə və Moskvanın Gürcüstanda hakimiyyəti ələ keçirməyə hazırlaşdığı barədə “bütün dünyanı xəbərdar etməyə” çağırıb.