Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ruslar Ukraynanın Sumı şəhərini raketlərlə vurublar, 34 dinc sakin ölüb - YENİLƏNİB/FOTOLAR

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı şəhərinin mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində ikisi uşaq olmaqla 34 nəfər ölüb.

Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

“Sumı: saat 18:00-a (Bakı vaxtı ilə 19:00 – red.) olan vəziyyətə görə, 34 nəfər, o cümlədən 2 uşaq həlak olub. 117 nəfər, o cümlədən 15 uşaq yaralanıb. Həlak olanların ailələrinə başsağlığı veririk. Bu bütün ölkə üçün əvəzolunmaz itkidir”, – məlumatda deyilir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov bildirib ki, Sumıya “İskander-M/KN-23” tipli iki ballistik raketlə zərbəni Rusiya ordusunun 112-ci və 448-ci briqadalarının heyətləri endiriblər.

Ukrayna Prezidenti Volodimir Zelenski isə qeyd edib ki, atəşlər şəhərin küçəsini, o cümlədən evləri, təhsil müəssisələrini, avtomobilləri hədəf alıb. Onun sözlərinə görə, təcavüzkara təzyiq olmadan sülh mümkün deyil.

***

Ukraynanın şimal-şərqindəki Sumı şəhərinə endirilən raket zərbəsi nəticəsində 20-dən çox dinc sakin həlak olub.

Bu barədə Sumı merinin səlahiyyətlərini icra edən Artem Kobzar teleqramda məlumat verib.

“Palm bazarının bu parlaq günündə cəmiyyətimiz dəhşətli faciə yaşayıb. Düşmən dinc əhaliyə raket zərbəsi endirib. Təəssüf ki, 20-dən çox ölüm faktı artıq məlumdur”, - deyə o qeyd edib.

Sumidə qurbanlar barədə məlumatı Prezident Aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib: “Rusiya ordusu Sumı şəhərini raketlərlə vurublar və dinc sakinləri öldürüblər”, - o vurğulayıb.

"Süspilne"nin məlumatına görə, hücum nəticəsində bir uşaq yaralanıb və bir neçə bina zədələnib. Zərbə nəticəsində şəhərin təhsil müəssisələrindən birinə ciddi ziyan dəyib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, ruslar bu hücumu bilərəkdən mülki əhalini hədəf alaraq həyata keçiriblər. O, həmçinin qeyd edib ki, bu hücum ABŞ nümayəndəsi Uitkoffun Moskvaya səfərindən sonra baş verib.

Video