Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyaya qarşı diplomatik müharibə davam edir: Danimarka 15, İtaliya 30 diplomatı ölkədən qovur

Rusiyanın Ukraynada apardığı müharibəyə cavab olaraq, Avropa ölkələri Moskvaya qarşı diplomatik savaş açıblar.

Bu gün Danimarka hökuməti Rusiyanın 15 diplomatını persona non-qrata elan edib.

TASS xəbər verir ki, bu barədə Danimarkanın Xarici İşlər Nazirliyi məlumat yayıb. XİN-dən bildirilib ki, bu, tarixi addımdır: “Biz bunu bir çox Avropa ölkələri ilə birlikdə edirik. Çünki təhlükəsizliyimizi təmin etmək istəyirik”.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Danimarkanın addımına münasibət bildirib. O deyib ki, bu ölkənin Rusiyadakı diplomatik nümayəndəlikləri barədə oxşar tədbirlər görüləcək.

Eyni zamanda, İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın 30 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, rəsmi Romanın addımına da cavab olaraq müvafiq tədbirlər görüləcək.

İsveç isə Rusiyanın 3 diplomatını persona non-qrata elan edəcək.

Qeyd edək ki, dünən Almaniya 40, Fransa isə 35 rusiyalı diplomatın ölkədən çıxarılması qərarını elan etmişdi.