Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyaya 9 min sanksiya...

Ukraynaya hücumuna görə Rusiyaya tətbiq edilən sanksiyaların sayı 9722-yə çatıb.

"Castellum.ai" qlobal sanksiyaların monitorinqi bazasının məlumatlarına əsasən, Rusiya fevralın 22-dən etibarən 6918 yeni sanksiyaya məruz qalıb. Bununla da Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 9722-yə çatıb.

Sanksiyalar maliyyə, enerji, nəqliyyat, media, texnologiya, avtomobil, idman və ticarət sahələrini əhatə edir.

Dünyanın ən çox sanksiya tətbiq etdiyi 7 ölkənin yer aldığı siyahıda 651 sanksiya ilə Venesuela, 510 sanksiya ilə Myanma , 208 sanksiya ilə Kuba da yer alır.