Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın xüsusi nümayəndəsi Bakıya gələcək

Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya səfər edəcək.

Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“İqor Anatolyeviç Xovayevin əsas vəzifələrindən biri də sülh sazişinin hazırlanmasında azərbaycanlı və erməni tərəfdaşlara kömək etməkdir. Xüsusi nümayəndə artıq bu işə fəal qoşulub, İrəvanda faydalı məsləhətləşmələr aparıb. Onun yaxın gələcəkdə Bakıya səfəri Rusiya parlamentində razılaşdırılıb”, - diplomat qeyd edib.

Zaxarova əlavə edib ki, dialoq Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplərə, eləcə də İrəvanın bu təkliflərə konstruktiv reaksiyasına əsaslanır.