Rusiyanın "ölüsü" də pul gətirir - Oturduğu yerdə 625 milyon avro qazandı
11 Aprel 2023
Belçika 2022-ci ildə dondurulmuş Rusiya aktivlərindən 250 milyard avro gəlirdən vergi tutulması nəticəsində 625 milyon avro əldə edib.
Bu barədə Belçika hökumətinin mesajına istinadən “Soir” qəzeti yazıb:
“Dövlət büdcəsinin son auditi zamanı hökumət birdən-birə Rusiyanın dondurulmuş maliyyə aktivlərinin vergiyə cəlb edilməsindən əldə etdiyi 625 milyon avro dəyərində əhəmiyyətli gəlir göstərdi”.
Nəşr xatırladıb ki, Belçikada “Euroclear” beynəlxalq depozitarisi vasitəsilə yerləşdirilən 250,6 milyard avroluq Rusiya aktivləri dondurulub. “Euroclear” bu pulu yenidən sərmayə qoyub, nəticədə 821 milyon avro artıq mənfəət əldə edib. Vergi sonuncu məbləğdən artırılmış nisbətdə silinib.