Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın Kiyevə hücumu nəticəsində 25 nəfər yaralanıb, Qətər səfirliyi zərər görüb

Rusiya ordusu yanvarın 8-dən 9-na keçən gecə Ukraynanın paytaxtı Kiyev daxil olmaqla ölkənin bir çox şəhərlərinə yenidən kütləvi dron və raket hücumları həyata keçirib.

Kiyev şəhər prokurorluğunun məlumatında deyilir ki,  hücum nəticəsində 4 nəfər həlak olub, daha 25 nəfər yaralanıb. Yaralılar arasında tibb işçiləri, xilasedicilər və bir polis əməkdaşı var.

Hücum nəticəsində paytaxtın Darnitski, Dneprovski, Desnyanski, Peçerski, Şevçenkovski, Qoloseyevski və Svyatoşinski rayonlarına ziyan dəyib. 19 çoxmənzilli bina, tramvay deposu, avtomobillər, supermarket və yanacaqdoldurma məntəqəsi zədələnib.

Bundan başqa, Kiyevə hücumları nəticəsində Qətər səfirliyi zərər görüb.

Ukrayna lideri Volodimir Zelenski bildirib ki, Mülki infrastruktur və enerji obyektlərindən əlavə, bu gecə Rusiya pilotsuz uçuş aparatı Qətər səfirliyinin binasına da zərər vurub - bu ölkə Rusiya həbsxanalarında saxlanılan hərbi əsirlər və mülki şəxslərin azad edilməsi üçün çox iş görür.

O qeyd edib ki, Rusiya gecə hücumu zamanı Ukraynaya qarşı 242 dron, 13 ballistik raket, bir orta mənzilli "Oreşnik" ballistik raketi və 22 qanadlı raket istifadə edib. Zərbələr enerji obyektlərinə və mülki infrastruktura endirilib.

Zelenski vurğulayıb ki, Kiyev və vilayətində hücumlar nəticəsində ən azı 20 yaşayış evi zərər görüb.

"Hazırkı məlumata görə, təkcə paytaxtda təəssüf ki, dörd nəfərin həlak olduğu bildirilir. Hücum məhz bərk soyuqlar başladığı vaxtı edilib. Bu günahsız insanların həyatına zərbədir. İndi insanları istilik və elektrik enerjisi ilə təmin etmək üçün mümkün olan maksimum səy göstərilir", - Prezident qeyd edib.