Rusiyanın hərbi texnika itkisi 10 mini keçib
10 Aprel 2023
Ukrayna Silahlı qüvvələri Baş Qərargahının məlumatına görə, Rusiya qoşunları Baxmuta tam nəzarəti ələ keçirməyə çalışırlar, şəhərdə döyüşlər davam edir.
Bir gündə Baxmutun şimal-qərbində yerləşən Boqdanovka qəsəbəsinə təxminən on hücumun dəf edildiyi, Rusiya qoşunlarının şəhəri mühasirəyə almağa çalışdıqları bildirilir.
Amerikanın “Müharibənin Öyrənilməsi İnstitutu” geolokasiya edilmiş vizual məlumatlara əsaslanaraq hesab edir ki, rus qoşunları şəhərin qərb hissəsinə nəzarət edən Ukrayna qoşunlarının müdafiə qalası olan dəmiryol stansiyasına yaxınlaşır.
"Oryx" Ukraynada müharibəyə başlayandan bəri Rusiyanın itirdiyi hərbi texnika sayının 10 mini keçdiyini yazır.
O da qeyd olunur ki, itirilən hərbi texnikanın 1900-dən çoxu tanklardır.
Baş Qərargah Rusiyanın Avdeevka və Maryinski istiqamətlərinə hücumları barədə də məlumat verir.
Bu arada Polşanın Ukraynaya 200 "Wolverine" zirehli transportyor verəcəyi bildirilir. Bunu yaxınlarda Varşavada səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Zelenski 100 zirehli transportyorun yaxın vaxtlarda Ukraynaya çatdırılacağını bildirib.
Ukrayna prezidenti onu da xatırladıb ki, Polşa Kiyevə “Leopard” tankları, MiQ-29 təyyarələri və digər avadanlıqların verilməsi ilə bağlı verdiyi vədləri yerinə yetirib.
O da bildirilir ki, Ukrayna bu hərbi məhsullara görə Polşaya ABŞ və Avropa İttifaqından Kiyevə verilən vəsait hesabına ödəniş edəcək.
BBC Rus Xidmətinin məlumatına görə, "Wolverine" Finlandiyanın PatriaAMV zirehli döyüş maşınının lisenziyalı versiyasıdır.
Polşa mediasının daha əvvəl yazdığına görə, Polşadakı şirkət ildə 100 belə hərbi maşın istehsal etmək iqtidarındadır, lakin istehsal gücünü və istehsal həcmini iki dəfə artırmağa qadirdir.

Polşa Ukraynaya 200 zirehli transportyor