Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın gözü yolda... – Qida sammitinə dəvət gecikir

“Avropa İttifaqı ölkələrinin iyun ayında Misirdə keçirməyi planlaşdırdığı Ərzaq sammitinə Rusiya hələ də dəvət almayıb”.

TASS-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu məsələ ilə bağlı dəvət olunmağımızdan xəbərim yoxdur”, deyə Peskov əlavə edib.

 





Kremlin sözçüsü xatırladıb ki, Rusiya beynəlxalq taxıl və ərzaq bazarında çox böyük oyunçu olmaqla yanaşı, bir sıra ölkələr üçün əsas təchizatçıdır:



“Bilirik ki, indi bütün dünya qeyri-qanuni məhdudiyyətlər səbəbindən çox böhran dövrünə qədəm qoyub.

Təbii ki, hesab edirik ki, bu mövzu (ərzaq təhlükəsizliyi –red.) mümkün qədər geniş müzakirə olunmalıdır”.