Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın Dneprə raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalındakı səhifəsində məlumat verib.

Administrasiya rəhbəri onu da qeyd edib ki, xilasedicilər dağıntılar altından 38 nəfəri çıxarıb.

"Axtarış əməliyyatı davam etdirilir", - onun paylaşımında deyilir.

Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib.