Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın briqada komandiri və müavini öldürülüb

Rusiya ordusunun 4-cü motoatıcı briqadasının komandiri, polkovnik Vyaçeslav Makarov Ukraynanın Donetsk vilayətində gedən döyüşlər zamanı öldürülüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, briqada komandiri döyüş meydanından təxliyə zamanı ağır yaralanıb və dünyasını dəyişib.

Konaşenkov şəxsi heyət üzrə işlərə rəhbərlik edən ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini polkovnik Yevgeni Brovkonun da ölümü barədə məlumat verib.