Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyadan daha bir terror hücumu: Raket zərbəsi ilə 49 dinc sakin öldürüldü

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərində ərzaq mağazası-kafeyə havadan zərbə endirməsi nəticəsində 49 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, raket zərbəsi adi kafe-mağazaya endirilib: "Hadisə Xarkov vilayətinin Kupyansk rayonunda baş verib. Bu, terror aktıdır”.

Xarkov vilayəti hərbi administrasiyasının məlumatına görə, Qroza kəndi hücuma məruz qalıb və nəticədə 49 nəfər ölüb.

Bildirilib ki, raket adamların çox olduğu kafe və mağazaya düşüb. Həmin vaxt insanlar kafedə yas mərasimində olublar.

Məlumata əsasən, ölənlərdən biri 6 yaşlı oğlandır: “Biri uşaq olmaqla 6 nəfər yaralanıb”.