Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyadan 50 min dollar çıxara bilərsiniz - Əgər tapsanız...

Rusiya fiziki şəxslərin ölkə xaricinə pul köçürmələri ilə bağlı yeni hədd müəyyən edib.

Bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.

Belə ki, Rusiya rezidentləri, həmçinin dost ölkələrdən olan qeyri-rezidentlər bir təqvim ayı ərzində Rusiyadakı bank hesabından xaricdəki öz hesabına və ya digər fiziki şəxsin hesabına maksimum 50 min ABŞ dolları və onun başqa valyutada ekvivalenti həcmində pul vəsaiti köçürə bilər.

Xatırladaq ki, daha əvvəl limit 10 min ABŞ dolları təşkil edirdi.

Məhdudiyyətlər 2022-ci ilin sentyabr ayının 30-dək müəyyən edilib.