Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada növbəti kütləvi səfərbərlik fevralın sonunda başlayacaq

"Rusiyada növbəti kütləvi səfərbərlik dalğası fevralın sonuna planlaşdırılır".

Bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

Qeyd olunub ki, Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisində düşmən növbəti səfərbərlik dalğasına hazırlıq tədbirləri həyata keçirir:

“Belə ki, cari il yanvarın 29-dək bütün dövlət və özəl qurumlar ehtiyata buraxılan şəxslərin siyahılarını hərbi komissarlıqlara təqdim etməlidirlər. Eyni zamanda, bu il fevralın 1-dən bütün təmir-tikinti işləri dayandırılacaq. Təmir-tikinti üçün nəzərdə tutulmuş bütün vəsaitlər Ukraynaya qarşı silahlı təcavüzün dəstəklənməsinə yönəldiləcək”.

Məlumatda, həmçinin vurğulanıb ki, Müdafiə Qüvvələrinin aviasiyası ötən gün ərzində düşmənin cəmləşdiyi ərazilərə 14, zenit-raket komplekslərinin mövqelərinə isə 2 zərbə endirib:

“Bundan başqa, son sutka ərzində düşmənin 2 Su-25 təyyarəsi, 1 Ka-52 helikopteri, 4 Orlan-10 tipli PUA məhv edilib”.

Qeyd olunub ki, Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri gün ərzində Rusiya ordusunun 1 nəzarət postunu, 12 canlı qüvvənin cəmləşdiyi ərazini və 4 silah-sursat anbarını vurub.