Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada miqrantlar üçün dövlət rüsumları artırılır

Rusiya Maliyyə Nazirliyi miqrantlar üçün dövlət rüsumlarının artırılmasını təklif edib.

Hökumət komissiyası Maliyyə Nazirliyinin xarici vətəndaşlar üçün dövlət rüsumlarının kəskin şəkildə artırılması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Layihəyə görə, bəzi hallarda rüsumlar 12 dəfə artacaq. Dəyişikliklərin 1 iyul 2026-cı il tarixində qüvvəyə minməsi gözlənilir.

Rüsum artımı çoxdəfəli giriş vizalarına şamil ediləcək. Belə ki, Rusiyada 90 günə qədər qalmaq istəyən miqrantlar üçün rüsum üç dəfədən çox artaraq 6 000 rubla qaldırılacaq. Bir nəfər üçün giriş dəvətnaməsinin rüsumu səkkiz dəfə bahalaşaraq 8 000 rubla, yaşayış icazəsi isə beş dəfə bahalaşaraq 30 000 rubla çatacaq. RF vətəndaşlığına qəbul və ondan imtina 4 200 rubldan 50 min rubla qaldırılacaq.

Əcnəbi işçilərin işə götürülməsi üçün icazələrin rüsumunun 1,25 dəfə artırılaraq hər işçi üçün 15000 rubla qaldırılması təklif olunur.

Hökumət yanında Maliyyə Universitetinin professoru Aleksandr Safonov deyir ki, dəyişikliklər ənənəvi işçi qüvvəsi verən ölkələrdən - Özbəkistan və Tacikistandan miqrantların ümumi axınını azalda bilər.

O hesab edir ki, bu, tikinti, kənd təsərrüfatı, mənzil-kommunal xidmətlər və ticarət sektorlarında artan işçi qüvvəsi çatışmazlığına səbəb olacaq.