Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Zelenskinin səfərindən sonra Xarkovu atəşə tutdu

Rusiya qoşunları Ukrayna Prezidenti Vladimir Zelenskinin şəhərə gəlişi ilə bağlı məlumat alandan sonra Xarkov rayonlarından birini atəşə tutub.

Ukrayna KİV-i xəbər verir ki, Rusiya ordusu Jukovski kəndinin ərazisini və Xarkovun şimal hissəsini atəşə tutublar.

Atışma nəticəsində evlərə, avtomobillərə, mağazalara və qarajlara ziyan dəyib.
Xarkov meri İqor Terexov şəhərin atəşə tutulduğunu təsdiqləyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski dünən Xarkov vilayətinə səfər edib. Zelenski döyüşlərdə fərqlənən hərbçiləri təltif edib, onları qiymətli hədiyyələrlə mükafatlandırıb.

Ukrayna Prezidenti Xarkovda operativ vəziyyətlə tanış olub. Vladimir Zelenski deyib ki, torpaqlarını müdafiə edən ukraynalıların son nəfərinə qədər döyüşəcəyini artıq düşmən çoxdan anlayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə Vladimir Zelenski Kiyevi tərk edib.