Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya yenidən Ukraynanın dinc şəhərlərini atəşə tutdu: 21 nəfər ölüb - YENİLƏNİB

Umanda ölənlərin sayı 19 nəfərə çatıb.

Bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

Həmçinin qeyd olunub ki, şəhərin Rusiya ordusu tərəfindən atəşə tutulması nəticəsində 18 nəfər yaralanıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib.

***

Rusiya Ukraynanın Uman şəhərində yaşayış binalarına zərbələr endirib, ölənlər var.

Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak "Twitter" hesabında bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında Rusiya qüvvələrinin Umanda yaşayış binalarına raket zərbələri endirməsi nəticəsində 7 mülki şəxs ölüb, 11 nəfər yaralanıb.
Prezident Zelenski isə paylaşımında qeyd edib ki, Rusiya hücumda raket və pilotsuz uçuş aparatlarından istifadə edib.

Hücum zamanı 10 yaşayış binası zədələnib.

***

Rusiyanın aprelin 28-də səhər saatlarında Ukraynaya genişmiqyaslı raket hücumu nəticəsində Dnepr şəhərində iki nəfər həlak olub.

Bu barədə şəhərin meri Boris Filatov teleqramda bildirib.

“Rusiya işğalçı ordusunun Dnepr boyunca raket hücumu gənc qadın və üç yaşlı uşağın ölümü ilə nəticələnib”, - Filatov sosial şəbəkədə qeyd edib.

Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra vilayətlərinə, o cümlədən Çerkassı vilayətinə genişmiqyaslı raket hücumu nəticəsində sözügedən regionun Uman şəhərində doqquzmərtəbəli yaşayış evi raket zərbəsinə məruz qalıb

Sosial şəbəkədə yayılan görüntülərdən çoxmərtəbəli yaşayış binasının bir blokunun çökdüyü məlum olur.

Nəticəsində ən azı 3 nəfər həlak olub, 8 nəfər yaralanıb.