Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya üzünü Bakıya tutur - Dəmir yolu ilə yükdaşımalar Azərbaycandan keçəcək

“Rusiya Dəmir Yolları” (RDY) ASC dəmir yolu ilə yükdaşımaların coğrafiyasını dəyişir.

Rusiya KİV-i xəbər verir ki, bu barədə şirkətin baş direktorunun birinci müavini Sergey Pavlov “TransRusiya” forumunda bildirib.

“İndi yük daşımalarının Qərbdən Şərqə, o cümlədən trans-Xəzər marşrutları - Qazaxıstan, Azərbaycan vasitəsilə cənuba doğru dəyişdiyini görürük. Bu, yeni çağırışdır və biz buna hazırıq”, - S.Pavlov deyib.

O, həmçinin qeyd edib ki, yüklərin yeni marşrutlara istiqamətləndirilməsi infrastrukturun daha da inkişaf etdirilməsini tələb edir, ona görə də şirkət şərq poliqonunun ötürücülük və daşıma qabiliyyətinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.