Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynanın əks-hücumuna hazır deyil, rəhbərlikdə ciddi dəyişiklilər olacaq

Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı qaçılmaz görünür və Rusiya buna hazır deyil. Bu barədə CNN yazıb.

Qeyd edilir ki, Ukraynanın cəbhə xətti texnikanın hərəkəti və artilleriya atəşi ilə səs-küy salır, işğal olunmuş ərazilərdə Rusiyanın həyati əhəmiyyətli obyektlərinə zərbələr endirilir.

“Ukraynanın müdafiə naziri, hazırlıqların başa çatmaq üzrə olduğunu söylədi və Prezident Volodimir Zelenski əks-hücumun baş tutacağına zəmanət verdi, lakin dəqiq başlanğıc tarixini açıqlamadı”, - CNN yazıb.

“Ola bilsin, hücum artıq başlayıb və ya bir neçə həftəyə ola bilər”, - mətbu orqan əlavə edib.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu isə qeyd edir ki, Ukraynanın uğurlu əks-hücum əməliyyatı Rusiyanın hərbi komandanlığında dəyişikliklərə səbəb olacaq.

Qeyd olunub ki, Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı ordu generalı Valeri Gerasimov Prezident Vladimir Putinlə birlikdə Ukraynanın işğal olunmuş ərazilərinə səfər etməyiblər: “Bu, Kremlin müharibənin yeni mərhələsi üçün yeni komandirlər təyin etməli olduğuna işarədir”.

Qərb analitiklərinin fikrincə, Rusiyanın hücumundakı uğursuzluqlar V.Putini məsuliyyətini hərbi rəhbərliklə bölüşməyə vadar edə bilər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

V.Putin aprelin 18-də Ukraynanın işğal altındakı Xerson və Luqansk vilayətinə səfər edib.