Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynada avtobusa dron zərbəsi endirib: 3 ölü, 16 yaralı

Rusiya ordusunun Ukraynada avtobusa dron zərbəsi nəticəsində xəsarət alanların sayı artıb.

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram”da bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun Nikopolda avtobusa hücumu nəticəsində artıq 16 nəfər yaralanıb, onlardan 8-i xəstəxanaya yerləşdirilib.

Qanja qeyd edib ki, yaralılardan üçünün vəziyyəti ağırdır, yerdə qalanların səhhəti isə orta-ağır qiymətləndirilir.

***

10:44

Aprelin 7-də səhər saatlarında Rusiya ordusu Nikopolda avtobusa zərbə endirib.

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram”da bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər ölüb və 12 nəfər yaralanıb.

Administrasiya rəhbəri Rusiya ordusunun FPV dronu ilə Nikopolun mərkəzində avtobusa zərbə endirdiyini qeyd edib.

Qanja vurğulayıb ki, hadisə avtobus dayanacağa yaxınlaşarkən baş verib, həm salonda, həm də dayanacaqda insanlar olub: “Bu, təsadüfi bir zərbə deyildi. Bu, sadəcə öz işləri ilə məşğul olan mülki şəxslərə qarşı şüurlu bir terrordur”.