Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya təyyarəsinin müəmmalı reysi - "Karib böhranı" geri dönür...?

ABŞ-ın və NATO-nun Şərqi Avropa və keçmiş sovet məkanında hərbi iştirakını artırmasına cavab olaraq Rusiyanın Venesuela və Kubada hərbi kontingent, hətta nüvə raketləri yerləşdirə biləcəyi barədə Moskvadan səslənən bəyanatların ardınca bu ölkənin Müdafiə Nazirliyinin xüsusi təyyyarəsi Latın Amerikası istiqamətində uçub. “Zapiski oxotnika” adlı telegram-kanalında bu haqda bildirilir. Məlumata görə bu gün yanvarın 20-də səhər saatlarında Müdafiə Nazirliyinin İl-76M xüsusi təyyarəsi Moskvadan havaya qalxaraq əvvəlcə Dəməşq aeroportunda enib, daha sonra Latın Amerikası istiqamətində uçub.



Təyyarənin göyərtəsində kimlərin olduğu məlum deyil, amma bu fakt Rusiya ilə Latın Amerikasının bəzi ölkələri arasında hərbi kontingentin yerləşdirilməsinə dair danışıqların getdiyinə dəlalət edə bilər. Bildirilir ki, bir neçə gün əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyyarəsi Latın Amerikasına uçmuşdu. Həmin təyyarədə Müdafiə Nazirliyinin rəsmilərinin səfərinə hazırlıq üçün nümayəndələrin göndərildiyi ehtimal edilir.

Ötən əsrin 60-cı illərində SSRİ-nin ABŞ-ın Türkiyədə nüvə başlıqları yerləşdirməsinə cavab olaraq gizlicə Kubaya öz nüvə raketlərini daşıması tarixdə “Karib böhranı” kimi qalan və dünyanı nüvə müharibəsinin bir addımlığına gətirib çıxaran hərbi-diplomatik böhrana səbəb olmuşdu. (virtualaz.org)