Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya "sülhməramlıları" barədə: Hərdən saata baxmağı unutmayın - VİDEO

Bir müddət öncə Rusiya hakimiyyəti Aəzrbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin rəhbərliyində dəyişiklik edib.

“Caliber” layihəsinin “YouTube” səhifəsində yayımlanan yeni süjet məhz bu mövzuya həsr olunub.

“Deyilənlərə görə, sülhməramlıların yeni komandanı Aleksanr Alentsov müxtəlif qaynar nöqtələrdə döyüş əməliyyatlarına rəhbərlik edib, Suriyada döyüşüb. Lakin Qarabağ Suriya deyil. Hərçənd, bəzi qüvvələr Azərbaycanın bu cənnət diyarını məhz Suriyaya çevirmək arzusundadırlar”, - deyə videomaterialda bildirilir.

Qeyd olunur ki, bir zamanlar Qarabağda vəziyyət gərgin olsa da, cəmi 44 gün ərzində qarşıya qoyulan tapşıqlar yerinə yetirilib.

Daha ətraflı “Caliber”in yeni materialında: