Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədini tərk edəcəklər

Paşinyan və Putin razılaşıblar ki, 2025-ci il yanvarın 1-dən Ermənistan və İran arasında keçid məntəqəsi yalnız erməni sərhədçiləri tərəfindən qorunacaq. Bu barədə oktyabrın 8-də Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş zamanı razılıq əldə olunub, bunu Paşınyanın mətbuat katibi Nazeli Bağdasaryan bildirib.

“2025-ci il yanvarın 1-dən Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərinin mühafizəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının da iştirak etməsi ilə bağlı razılıq əldə olunub. Eyni zamanda, Ermənistan-İran sərhədində keçid məntəqəsi yalnız Ermənistan sərhəd qoşunları tərəfindən həyata keçiriləcək”, - o biıdirid.

Beləliklə, Zəngəzur dəhlizinin Rusiya sərhəd qoşunları tərəfindən mühafizəsi məsələsi gündəmdən çıxarılır. Bu məqam Bakı ilə bu yolda təhlükəsizlik rejimi ilə bağlı danışıqlarda İrəvanın mövqeyini gücləndirə bilər.

 

  •