Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Qərbi 288 milyard dollar itki ilə hədələyir

“Reuters”in məlumatına görə, “Böyük Yeddilik”in (G7) liderləri fevralın sonunda Moskvanın Ukraynaya təcavüzünün ildönümündə Ukraynanın bərpasına kömək etmək üçün Belçikada və digər Avropa şəhərlərində dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi niyyətləri ilə bağlı daha sərt bəyanatı vermək barədə razılaşacaqlar.

“RİA Novosti” bildirib ki, onların əldə etdiyi məlumata görə, Avropa İttifaqı (Aİ), G7 ölkələri, Avstraliya və İsveçrənin Rusiya iqtisadiyyatına birbaşa investisiyaları 2022-ci ilin sonuna 288 milyard ABŞ dolları təşkil edib.

“RİA Novosti” həmçinin bildirib ki, Aİ ölkələrinin 223,3 milyard dollarlıq aktivləri var ki, bunun da 98,3 milyard dolları rəsmi olaraq Kiprə, 50,1 milyard dolları Hollandiyaya, 17,3 milyard dolları isə Almaniyaya məxsusdur.

Rusiya iqtisadiyyatına ən böyük Avropa investorlarının beşliyinə həmçinin aktivləri və investisiyaları 16,6 milyard ABŞ dolları olan Fransa və 12,9 milyard ABŞ dolları ilə İtaliya daxildir.

Böyük Britaniyanın Rusiyadakı aktivlərinin 2021-ci ilin sonunda təqribən 18,9 milyard dollar olduğunu göstərən məlumatlara əsaslanaraq, G7 ölkələri arasında Böyük Britaniya ən böyük investorlardan biri kimi qeyd edilib.

“RİA Novosti”nin məlumatına görə, 2022-ci ilin sonunda ABŞ 9,6 milyard dollar, Yaponiya 4,6 milyard dollar, Kanada isə 2,9 milyard dollar dəyərində Rusiya aktivlərinə sahib olub.

“RİA Novosti”yə görə, ez-tez anti-Rusiya tədbirləri həyata keçirən İsveçrə və Norveç 2022-ci ilin sonunda müvafiq olaraq 28,5 milyard dollar və 139 milyon dollar sərmayə qoyub, məlumatlar isə Avstraliyanın ötən ilin sonunda 683 milyon dollar sərmayə qoyduğunu göstərir.