Rusiya Qarabağdakı “sülhməramlılara” mandat istəyir
07 İyun 2022
Vasitəçilərin düşmənə çevrilməsi Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması prosesini dalana dirəyib. Söhbət ötən həftə Rusiya Xarici İşlər Nazirliyindən və Avropa İttifaqından (Aİ) verilən bəyanatların yaratdığı situasiyadan gedir.
Rəsmi Moskva bildirir ki, Avropa İttifaqı Brüsseldə tərəfləri görüşdürməklə üçtərəfli bəyanatlarda əldə olunmuş razılaşmalara sahiblənmək istəyir. Aİ-nin adı açıqlanmayan yüksək rütbəli nümayəndəsi "Brüssel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində öz addımlarını Moskva ilə razılaşdırmır və razılaşdırmaq niyyətində deyil. Hazırda həm Bakı, həm də Yerevan son geosiyasi hadisələri gözlərinə alaraq, Kremldən ehtiyat edir" demişdi.
İndi Azərbaycan və Ermənistan rəhbərliyi prosesi necə, hansı güc mərkəzinin patronajlığı altında irəli aparmaqda ciddi tərəddüd edir. Baxmayaraq ki, Rusiya və Qərbin təklif etdiyi şərtlər kifayət qədər fərqlidir. Əgər Moskva regionda yeni situasiya yaradıb, onu öz maraqları kontekstində növbəti dəfə dondurmaq istəyirsə, Brüssel münaqişə tərəfləri arasında problemin mərhələli şəkildə həll edilməsini və sülh müqaviləsinin imzalanmasını istəyir. Bakı və İrəvan da Qərbin cəlbedici təklifindən məmnundurlar, amma Ukraynada bədheybət gücünü dünyaya bir daha nümayiş etdirmiş Rusiyanın qeyri-adekvat zərbələrindən ehtiyatlanırlar.
Beləliklə, Qərbin fəallığının artmasından sonra Rusiyanın bölgədə apardığı prosesə nəzər salmağa ehtiyac var. Eyni zamanda, Kremlin münaqişə tərəflərindən gözləntilərini sıralamaq lazım gəlir:
Moskva birmənalı şəkildə Qərbin yenidən regiona qayıtmasını istəmir. Avropa İttifaqının 3 Cənubi Qafqaz ölkəsində milyardlarla dollar iqtisadi yardım ayırması və münaqişələrin həllinə baş vurması onu ciddi şəkildə narahat edir. Ona görə də əlindəki təzyiq rıçaqlarını işə salıb.
Birincisi, Ermənistanda müxalifət, media, agentura şəbəkəsini aktivləşdirərək, Nikol Paşinyan hakimiyyətini ciddi təzyiq altında saxlayır. Son aylarda İrəvan küçələri saysız-hesabsız, bir çox hallarda zorakı aksiyaların ünvanına çevrilib. Rusiya mediası və siyasi elitası bu etirazları keçirən Koçaryan-Sarkisyan koalisiyasını dəstəkləyir.
İkincisi, 44 günlük müharibədən sonra Kremlin patronajlığı altında yaradılmış üçtərəfli işçi qrupunu yenidən canlandırmaqla Brüsselin vasitəçiliyi ilə həyata keçirilən prosesə alternativ yaradır. Baxmayaraq ki, müharibədən keçən 20 ay ərzində bu format özünü doğrultmadı, çünki Moskvanın diktə etdiyi maraqlar nə problemin tam və hərtərəfli həllinə, nə də münaqişə tərəflərinin cari maraqlarına uyğun gəlir. Konkretləşdirsək, Rusiya nəqliyyat dəhlizlərində öz dominant mövqeyinin qəbul olunmasını, Qarabağda Azərbaycana tabe olmayan separatçı-cinayətkar rejimin qeyri-müəyyən müddətə qalmasını, habelə sülhməramlı kontingentə müddətlə tənzimlənməyən mandat verilməsini təklif edir.
Bu tələblərə Ermənistanın açıq münasibəti ortalıqda yoxdur. Prinsipcə, İrəvan, Zəngəzur dəhlizinin tam olaraq Moskvanın nəzarətinə keçməsi istisna olmaqla, digər təkliflərə qarşı deyil. Azərbaycan isə birmənalı olaraq Kremlin şərtlərini qəbuledilməz sayır.
Əvvəla, müharibə bitib və münaqişə də bitməli, Azərbaycan öz ərazilərinə və sərhədlərinə nəzarəti bərpa etməlidir. İkincisi, 10 noyabr bəyanatı tam icra olunmalı, qanunsuz erməni silahlı dəstələri ərazidən çıxarılmalı, separatçı cinayətkar rejim süqut etməlidir. Daha sonra nəqliyyat dəhlizləri açılmalı, sərhədlər dəqiqləşdirilməlidir. Rusiya Azərbaycanın suverenliyini tapdalayan birinci iki məsələni həllolunmaz sayır, dəhlizlər və sərhədlər məsələsi ilə bağlı isə öz maraqları kontekstində uzun-uzadı, nəticəsiz danışıqların davam etdirilməsini istəyir. Ən əsası, hazırkı status-kvonu sülhməramlılara qeyri-məhdud mandat verilməsini təmin etməklə möhkəmləndirmək niyyətindədir.
Moskva və Bakı arasında münasibətlər bu səbəbdən gərilib və “Ria Novosti” dövlət informasiya agentliyində separatçı Beqlaryana “dövlət naziri” təqdimatında tribuna verilməsi bundan qaynaqlanır. Son günlər təmas xəttində və sərhədlərdə atəşkəsin intensiv pozulması da Rusiyanın apardığı pozuculuq işinin bir hissəsidir. Ehtimal etmək olar ki, qarşıdakı günlərdə bu tip təxribatların sayı və əhatə dairəsi genişlənəcək.
Beləliklə, Ukrayna müharibəsində beynəlxalq nüfuzunu itirmiş və zəifləmiş Rusiya Cənubi Qafqazda təsir rıçaqlarından fəal istifadə etməklə, sülh prosesini tormozlayır. Avropa İttifaqı sərhədlərin dəqiləşdirilməsi prosesinə başlamaqla kiçik tərəqqi əldə etsə də qarşıdakı aylardan bundan artdığını əldə edəcəyi problematik görünür. Xüsusən Ermənistanın zəif bənd olması Qərbin əl-qolunu bağlayır, Brüsseldə və Vaşinqtonda yaxşı başa düşürlər ki, bu gün İrəvanda davam edən küçə etirazları vətəndaş müharibəsinə keçə, yaxud Ermənistan siyasi elitasında növbəti sui-qəsdlər baş verə bilər. Azərbaycana gəlincə, Moskvanın caynaqları ona da çatır, amma Putin hakimiyyətinin müstəsna ehtiyacı olan müttəfiq Türkiyə faktoru bizi bir çox risklərdən sığortalayır.
Qarışdakı həftələrdə Rusiyanın sülhməramlılara mandat təklifi açıq müzakirə müstəvisinə çıxacaq, Bakı və İrəvanın mövqelərinə də bu zaman aydınlıq gələcək. Hazırda danışıqlar qapalı gedir və şübhəsiz ki, Azərbaycan maksimum tələblər irəli sürdüyündən Kreml rəhbərliyi mövzunu hələlik açıb-ağartmır. Razılaşmanın olacağı az ehtimalıdır, bu səbəbdən qarşıda uzun, gərgin əsəb müharibəsi dayanır…
Turqut