Rusiya PUA-larla Kiyevə hücum edib
02 İyul 2026
Rusiyanın pilotsuz uçuş aparatları ilə hücumu fonunda Kiyev yaxınlığında hava hücumundan müdafiə (HHM) sistemləri fəaliyyətə başlayıb.
Bu barədə "RBK-Ukrayna" Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən məlumat yayıb.
"Kiyevlilər, hazırda paytaxtın yaxınlığında HHM bölmələri düşmən hədəflərinə qarşı işləyir", - deyə Tkaçenko bildirib.
Onun sözlərinə görə, dronların paytaxt istiqamətində hərəkətini davam etdirməsi ehtimalı var.
O, yaxın günlərdə kombinə edilmiş hücumun da mümkün olduğunu qeyd edib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri sakinləri hava həyəcanı ləğv edilənədək sığınacaqlarda qalmağa çağırıb.