Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Poltavada dinc sakinləri vurdu - 51 ölü, 206 yaralı

Rusiyanın Ukraynanın Poltava şəhərinə ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb. Yaralıların sayının da artaraq 206-ya çatdığı bildirilir.

***

Rusiya ballistik raketlərlə Ukraynanın Poltava şəhərinə zərbələr endirib.

“Ukrainskaya Pravda“ xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski hücum nəticəsində 41 nəfərin öldüyünü açıqlayıb.

“İndiyə olan məlumata görə, iki ballistik raket atılıb. Raketlər təhsil müəssisəsi və qonşuluqda yerləşən xəstəxana ərazisinə düşüb.

Rabitə İnstitutunun binalarından biri qismət dağılıb, insanlar dağıntılar altında qalıb. Dağıntılar altında qalanların əksəriyyətini xilas etmək mümkün olub. 180 nəfər yaralanıb. Təəssüf ki, çoxlu sayda insan həlak olub. Məndə olan məlumata görə, indiyədək 41 nəfər ölüb ", - deyə Zelenski bildirib.