Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ordusunda silah-sursat çatışmazlığı yaranıb

"Rusiya ordusunda silah-sursat çatışmazlığı yaranıb".

Bu, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına əsasən yaydığı məlumatda bildirib.

Bunun da daxildə xaosa səbəb olduğu bildirilib və qeyd olunub ki, xüsusilə Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi qruplaşması arasında gərginlik getdikcə artır:

"Rusiyanın siyasi liderləri döyüş meydanında uğur tələb etməkdə israrlı olsalar da, ölkənin logistika mütəxəssisləri faktiki olaraq ortada qalıb. Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Mixail Mizintsevin vəzifəsindən azad edildiyi iddia edilsə də, bu, hələ təsdiqlənməyib".