Rusiya oliqarxlarının vəsaiti ilə bağlı qərar - Ukrayna üçün xərclənəcək
17 Fevral 2023
Rusiya oliqarxlarından müsadirə edilən vəsaitlərin taleyi aydın olmağa başlayır. ABŞ ilk dəfə olaraq, bu pulların Ukrayna üçün xərclənəcəyini açıqlayıb.
Pressklub.az xəbər verir ki, Dövlət Departamentinin nümayəndəsi müsadirə edilmiş 5,4 milyon dollar vəsaitin Ukrayna xalqını dəstəkləmək üçün istifadə ediıcəyini bildirib.
Dövlət Departamentinin Xarici Yardım İdarəsinin direktoru Dafne Rand cümə axşamı jurnalistlərə deyib ki, ABŞ Ukraynaya əlavə yardım göstərmək üçün müsadirə edilmiş Rusiya aktivlərindən necə istifadə olunacağını öyrənir.
Prezident Bayden ötən ilin dekabrında Rusiya oliqarxlarının ələ keçirilən aktivlərinin Ukraynaya verilməsinə icazə verən Ukrayna haqqında Əlavə Qanunu imzalayıb.
Ədliyyə Nazirliyinin işçi qrupu “iqtisadi əks-tədbirlərin həyata keçirilməsi ilə məşğuldur, onun çərçivəsində Putinin müttəfiqi olan oliqarx Konstantin Malofeyevin 5,4 milyon dolları həbs edilib.
“Malofeyevin Ukraynada və Avropanın digər yerlərində hərbi birləşmələri maliyyələşdirməklə Şərqi Avropada vəziyyəti sabitsizləşdirməyə çalışıb”, o deyib.
"Biz onun 5,4 milyon pulunu ələ keçirə bildik və Ukrayna xalqını dəstəkləmək üçün istifadə etmək niyyətindəyik", o dedi.
“Aktivlərin bərpası yaxşı xəbərdir, çünki kiçik də olsa ədalət ölçüsüdür. Putinin Ukraynaya qarşı döyüş maşınının üzvləri yavaş-yavaş məsuliyyətə cəlb olunurlar”, - Rand TURANın suallarını cavablandırarkən deyib.