Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Odessada yaşayış binasını vurub - 8 nəfər ölüb

Odessada Rusiyanın pilotsuz uçan aparatının vurduğu evin dağıntıları altından daha bir cəsəd tapılıb.

Bu barədə RBC-Ukrayna xəbər verir.

Hadisə nəticəsində ölənlərin sayı səkkizə çatıb.

"Rusiyanın çoxmərtəbəli binaya endirdiyi zərbə nəticəsində səkkizinci şəxsin meyiti dağıntılar altından tapılıb", - xilasedicilər bildirib.

Hazırda cəsədin binanın dağıntıları altından çıxarılması istiqamətində iş aparılır.