Rusiya neftinin qiyməti 42 faiz ucuzlaşıb
02 Fevral 2023
Rusiyanın Ural neftinin qiyməti yanvarda ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz azalaraq bir barel üçün orta hesabla 49,48 dollara satılıb.
Bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ötən ilin yanvarında “Ural” markalı neftinin bir bareli 85,64 dollara satılıb.
Qeyd edək ki, Avropa Birliyi ölkələri 2022-ci ilin dekabrında Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollar/barel tavan qiymət tətbiq etmək barədə razılığa gəliblər.