Rusiya neftini 35 dollar ucuz satır - Amma yenə müştəri tapa bilmir
05 Aprel 2022
Qərbin Rusiyadan neft-qaz alışına sanksiyalar tətbiq etməsi enerji bazarında bu günə qədər qeydə alınmayan ticarət anlaşmalarına səbəb olub. Bazarda əvvəlki dominant mövqeyini itirməyə başlayan Rusiya şirkətlərinin neft yüklü tankerləri indi bəzən günlərlə alıcı tapa bilmir.
Aprelin 4-də “Trafigura” treyder şirkəti Rusiyanın "Urals" markalı yüngül neftini satarkən yeni endirim rekordu tətbiq edib. Belə ki, Brent markalı neftlə müqayisədə öz yükünü 34,8 dollar aşağı qiymətə satıb.
Bundan əvvəlki rekord martın 28-də qeydə alınnışdı. Həmin gün “Litasco” treyder şirkəti "Urals" markalı nefti hər barelində müştərilərə 31,35 dollar aşağı qiymətlə satmışdı.
Fevralın sonunda isə Rusiya nefti bazarlarda 25-28 dollar diskontla təklif edilirdi. Ekspertlərin qənaətinə görə, zaman keçdikcə, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi uzandıqca, onun neftini bazarda daha ucuz satıldığı müşahidə olunur.