Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya NATO ilə əməkdaşlığı dayandırır

Rusiya Federasiyası NATO hərbi missiyasının fəaliyyətini dayandırır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, noyabrın 1-dən Rusiyanın NATO-dakı nümayəndəliyi də fəaliyyətini dayandıracaq.

XİN rəhbəri qeyd edib ki, NATO-nun Moskvadakı informasiya bürosunun fəaliyyəti də dayandırılır.

S. Lavrov NATO-nun Beynəlxalq Katibliyinin məlumatlandırıldığını vurğulayıb.

Rəsmi Moskva bu qərarı Şimal Alyansının Rusiyanın təşkilatdakı daimi nümayəndəliyinin 8 əməkdaşının akkreditasiyasının geri çağırılması haqda addımına cavab olaraq verib.