Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya MN Soledar şəhərinin işğal edildiyini açıqlayıb, Ukrayna təkzib edir

Rusiya Silahlı Qüvvələri yanvarın 12-də axşam saatlarında Ukraynanın Soledar şəhərini nəzarətə götürüb.

TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Soledara nəzarət Ukrayna qoşunlarının Baxmut şəhəri istiqamətində təchizatını kəsməyə imkan verir.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiya Müdafiə Nazirliyinin Soledar qəsəbəsinin ələ keçirilməsi ilə bağlı iddialarını təkzib edib. O, vəziyyətin nəzarət altında olduğunu bildirib.

“Amma ərazidə durum ağırdır. “Vaqner” muzdlu hərbi təşkilatının döyüşçüləri Soledarda ciddi itki veriblər”, - o deyib.

O.Reznikov vurğulayıb ki, “Vaqner”çilərin rəhbəri Yevgeni Priqojin muzdlularının Rusiya ordusundan daha effektiv olduğunu göstərməyə çalışır: “Priqojini ancaq pul maraqlandırır. Buna görə də onun yaraqlıları inadla Avropanın ən böyük duz mədənlərinin yerləşdiyi Soledarı ələ keçirməyə çalışırlar”.