Rusiya məhkəməyə üz tutacaq - Qərbə defolt olmadığını sübut etmək üçün
11 Aprel 2022
Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Qərb avrobondlar üzrə Rusiyada defolt elan edərsə, Rusiya məhkəməyə müraciət edəcək. Nazir bu barədə “REN” TV-yə müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, investorların ödənişlərini alması üçün bütün zəruri tədbirlər görülüb.
“Ödənişlərimizi həm xarici valyutada, həm də rublla ödəmək səylərimizi təsdiqləyərək məhkəməyə təqdim edəcəyik. Bu, asan proses olmayacaq. Biz bütün çətinliklərə baxmayaraq, öz işimizi çox fəal şəkildə görəcəyik”, - Siluanov əmin edib.
Siluanov müsahibədə Qərbin Rusiyanın reputasiyasına zərbə vurmaq və ölkəni defolta çevirmək cəhdlərindən danışıb.
Qeyd edək ki, aprelin 6-da Kreml Rusiyada süni defoltun mümkün olduğunu açıqlayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiyada real defolt üçün heç bir əsas yoxdur, lakin nəzəri cəhətdən belə bir vəziyyət süni şəkildə yaradıla bilər. Maliyyə Nazirliyi Rusiyanın dövlət borcu üzrə defoltdan xilas olduğunu təsdiqləyib.