Rusiya məhkəməsindən Rövşən Əsgərov barəsində HƏBS qərarı
24 May 2022
Bu gün Rusiyada “Nə? Harada? Nə vaxt?” televiziya şousunun oyunçusu Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı verilib.
TASS-ın məlumatına görə, həbs cəzası barədə hökmü Moskvanın Basmannı məhkəməsi çıxarıb.
Xatırladaq ki, R.Əskərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə, bir qədər əvvəl cinayət işi açılmışdı. O, sovet marşalı George Jukovu təhqir etməkdə günahlandırılırdı. Rusiya Daxili İşlər Nazirliyi onu axtarışa verib.