Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Rusiya Könüllüləri Korpusu” Braynskdan videomüraciət yaydı: “Azadlıq ordusu kimi gəlmişik” - VİDEO

Özünü “Rusiya Könüllülər Korpusu” adlandıran qruplaşma Rusiya Federasiyasının Bryansk vilayətində baş vermiş hücumlara görə məsuliyyəti üzərinə götürüb.


Pressklub.az məlumat verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Qruplaşma üzvlərinin Rusiya ərazisində lentə alınmış videomüraciətində bildirilir ki, mülki şəxslərin girov götürülməsi ilə bağlı məlumat yalandır və onlar həmvətənlərinə göstərmək istəyirlər ki, ümid var, silaha sarılıb rejimə qarşı mübarizə aparmaq olar.


“Budur, dostlar, “Rusiya könüllülər korpusu” Rusiya Federasiyasının dövlət sərhədini keçib. Biz mülki şəxslərlə döyüşmürük, silahsızları öldürmürük. İndi Rusiyanın sadə vətəndaşlarının qul olmadıqlarını başa düşmək vaxtıdır. Üsyan qaldırın, döyüşün" - hərbçi Telegram kanallarında yayımlanan videoda deyir.


Döyüşçülərin arxasında Bryansk vilayətinin Lyubeçane kəndindəki feldşer-mama məntəqəsinin lövhəsini görmək olar.


“Biz bura kəşfiyyat-diversiya qrupu kimi deyil, doğma yurdumuza azadlıq ordusu kimi gəlmişik”, – hərbçilər deyir.


Ukrayna mediası yazır ki, Rusiya Könüllülər Korpusu 2014-cü ildən Ukrayna tərəfində döyüşən rus könüllülərindən ibarət hərbi birləşmədir. Korpus 2022-ci ilin avqustunda yaradılıb və Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin Beynəlxalq Legionuna tabedir.


Rusiya Könüllülər Korpusu bəyan edib ki, guya “diversiyaçıların” uşaqları öldürməsi, girov götürməsi və tələsik oradan getməsi xəbərləri həqiqətə uyğun deyil.


[video width="1280" height="720" mp4="https://pressklub.az/wp-content/uploads/2023/03/vid_20230302_161106_192.mp4"][/video]

[video width="704" height="1280" mp4="https://pressklub.az/wp-content/uploads/2023/03/vid_20230302_161106_276.mp4"][/video]