Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya köhnə ampluasında: Finlandiya və İsveçi yenə hədələdi

“Finlandiya və İsveçin NATO-ya daxil olması çox böyük fəsadları olan səhv olardı”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsveç və Finlandiyanın Alyansa daxil olmasından sonra hər iki ölkənin təhlükəsizliyi güclənməyəcək.

“Heç kimdə Rusiyanın vəziyyətlə barışacağına dair illüziyası olmamalıdır. Moskvanın reaksiyası isə Stokholm və Helsinki tərəfindən atılan konkret addımlardan asılı olacaq”, - XİN başçısının müavini söyləyib.