Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ilə ABŞ arasında məhbusların mübadiləsi üzrə iş gedir

Rusiya və ABŞ arasında məhbusların mübadiləsi məsələsi üzrə iş aidiyyəti xüsusi xidmət orqanları vasitəsilə aparılır.

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

"Bu cür məlumat vaxtından əvvəl açıqlanmamalıdır, çünki mümkün mübadilələrin parametrləri və üsulları həssas xarakter daşıyır və insanların taleyi sözün həqiqi mənasında onlardan asılıdır", - Rusiya XİN ABŞ ilə məhbusların yeni mübadiləsinin müzakirə olunub-olunmadığı barədə suala cavab verib.

Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov 2025-ci ilin oktyabrında qeyd edib ki, Rusiya məhbusların mübadiləsi mövzusu üzrə ABŞ tərəfi ilə əlaqədədir, lakin bu və ya digər yeni sxem istiqamətində fəaliyyət yoxdur.