Rusiya hərbi kontingenti Qarabağda daha bir postu tərk edib
07 Oktyabr 2023
Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağlayıblar.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində bildirilir.
Bundan əvvəl oktyabrın 5-i və 6-da Rusiya sülhməramlılarının altı müşahidə məntəqəsi bağlanıb.
Qeyd olunub ki, Rusiya sülhməramlıları tərəfindən Qarabağdakı silahlı birləşmələrin anbarlarında olan silahların, hərbi texnikanın, atıcı silahların və döyüş sursatlarının hesablanması başa çatıb. Oktyabrın 7-nə olan məlumata görə, 92 ədəd zirehli texnika, 142 ədəd avtomobil texnikası, 124 ədəd hava hücumundan müdafiə texnikası, 112 ədəd səhra artilleriya qurğusu, YARS və minaatan, 1 ədəd PUA, 7 min ədəddən çox atıcı və tank əleyhinə silah, təxminən 66,1 milyon sursat təhvil verilib.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.