Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya hərbçiləri Nerkin Hand kəndindən çıxıblar

Rusiya sərhədçiləri Ermənistanın Sünik rayonunun Nerkin Handı tərk ediblər.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə jurnalistlərə Sünik qubernatoru Robert Qukasyan məlumat verib.

“44 günlük müharibədən sonra harada yerləşdirilmişdilərsə, oranı da tərk etdilər. Nerkin Handan da çıxıb getdilər, indi orada rusiyalı sərhədçilər yoxdur”, - o bildirib.