Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya FTX: Dağıstanda məktəblərə hücum hazırlayan 17 yaşlı terrorçu gənc saxlanılıb

Dağıstanda dünyanın hər yerində məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetmə saxlanılıb.

TASS Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən xəbər verir ki, ən böyük beynəlxalq terror şəbəkəsi icmasının Dağıstanda saxlanılan idarəedicisi Rusiyanın 10 regionunda 15 terror aktının təşkilində iştirak edib.

Məlum olub ki, o, kütləvi qətl törətmək niyyəti ilə yeniyetmələri məktəblərə hücum üçün "verbovka" edib. Hədəflər təkcə Rusiyada deyil, MDB ölkələri, həm də ABŞ və Avropadakı məktəblər olub.

"Saxlanılan şəxsin Rusiyanın 10 regionunda ən azı 15 terror hadisəsinin təşkilində iştirakı təsdiqlənib. Bütün icraçılar saxlanılıb, onların barəsində prosessual qərarlar qəbul edilib", - FTX-dən qeyd edilib.

Saxlanılan şəxs terror şəbəkəsi icmasına cəlb olunmuş radikallara terror aktlarının və kütləvi qətllərin törədilməsi taktikasını öyrədib, əldəqayırma partlayıcı qurğuların hazırlanması və s. ilə bağlı təlimatlarla təmin edib.

Yeniyetmənin sözlərinə görə, yanvar ayında təşkilat üzvlərindən biri Texasda beş yanğın törədib.

Həmçinin bildirilib ki, dağıstanlı yeniyetmənin administratoru olduğu terror şəbəkəsi icması və onun Ukraynadan olan kuratorları ABŞ və Avropa ölkələrində avtomobillərdə və kilsədə yanğınlar təşkil edib, bu terror aktlarını Ukraynanın xüsusi xidmət orqanlarının agentləri koordinasiya ediblər. 2025-2026-cı illərdə ABŞ-nin müxtəlif şəhərlərində və Avropa ölkələrində icma iştirakçıları tərəfindən 20-dən çox mülki avtomobil, xristian kilsəsi yandırılıb və ziyan vurulub.

Bundan başqa, onlar təhsil müəssisələrinin və sosial obyektlərin minalanması barədə yalan mesajlar göndəriblər.